Cream | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | |
Fəaliyyət illəri |
|
Ölkə | İngiltərə |
Şəhər | London |
Leybl | |
Keçmiş üzvlər |
Cek Brüs Erik Klepton Cincr Beyker |
Vikianbarda əlaqəli mediafayllar |
Cream — İngiltərə rok qrupu. Qrupun üzvləri Cek Brüs (bas gitara), Erik Klepton (gitara) və Cincr Beyker (zərb alətləri) olmuşdur. Cream ilk super-qrup hesab olunur.[6] Qrup üzvləri instrumental ifa bacarıqlarına görə yüksək qiymətləndirilmişdir.
Qısamüddətli üç illik fəaliyyəti ərzində qrup dörd albom buraxmışdır: "Fresh Cream" (1966), "Disraeli Gears" (1967), "Wheels of Fire" (1968) və "Goodbye" (1969). "Disraeli Gears" albomunun buraxılış ərəfələrində prodüser və multi-instrumental ifaçısı Feliks Pappalardi studiyada qrupa qoşulmuşdur. Onların musiqisi blüz-rok, psixodeliya və hard rok kimi rok musiqi janrlarını əhatə edirdi. Cream fəaliyyət müddətində dünya üzrə 15 milyondan çox səsyazma nüsxəsi satmışdır.[7] Qrupun üçüncü albomu, "Wheels of Fire" (1968) ilk platin-satışlı cüt albom olmuşdur.[8] Onlar "Sunshine of Your Love" (1967) və "White Room" (1968) kimi mahnılarla beynəlxalq hitlərə imza atmışdır.
Brüs və Beyker arasındakı gərginlik 1968-ci ilin may ayında qrupun dağılmasına səbəb olmuş, lakin qrup son dəfə "Goodbye" albomunu buraxmış və turneyə çıxmışdır. Tur, 1968-ci ilin 25 və 26 noyabr tarixlərində Royal Albert Hall-da iki son vida konserti ilə başa çatmışdır. Bu konsertlər lentə alınıb kinoteatrlarda nümayiş olunmuşdur.
1993-cü ildə Cream Rok-n-roll şöhrət zalına daxil edilmişdir.[9] Onlar həm "Rolling Stone", həm də VH1-in "Bütün zamanların ən böyük 100 sənətkarı" siyahısında müvafiq olaraq 67 və 61-ci yerdə salınmışdır. Onlar həmçinin VH1-in "Hard-rokun 100 ən böyük sənətkarı" siyahısında 16-cı yerdə qərarlaşmışdır.[4]